mobil versiya

Bu qidaları mikrodalğalı sobada isitməyin



Bəzi qidaları mikrodalğalı sobada isitmək olmaz.

Bunu həkim-dietoloq Yelena Solomatina “Veçernyaya Moskva” qəzetinə müsahibəsində deyib.

Bəzi qidalar isidilən zaman xeyirli təsirini itirir və bəzən zərərli maddə xüsusiyyəti qazanırlar. Məsələn, mikrodalğalı sobada C vitamini, sadəcə, zərərsiz komponentlərinə parçalanır, amma rafinə edilməmiş (təmizlənməmiş) yağlar oksidləşir və kanserogenə (xərçəng şişlərini yaradan maddələrə) çevrilir.

Soyuducudan çıxardığınız tərəvəz salatını da isitmək lazım deyil. Bitkilərin tərkibindəki nitratlar qızdırıldıqda zəhərli maddə sayılan nitrosaminə çevrilirlər.

Eyni zamanda, pəhriz üçün sodalı suyu isitməklə boğazınızı qorumağa çalışmayın. Onların tərkibində şəkər əvəzləyicisi yüksək hərarətdə isindiyi zaman siçan zəhəri ilə müqayisə edilə bilən zərərli maddəyə çevrilir.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 8-04-2020, 13:20