Bu qasırğanı törətmək kimə və niyə lazım idi...
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında elan edilməmiş neft müharibəsi davam edir. Neftin qiymətinin ümidsiz şəkildə dibə yuvarlanmasından sonra tərəflər müharibəni dayandırmaq və hasilatı rekord həcmdə-sutkada 10 milyon barreldən çox azaltmaq barədə danışıqlara başlamağa hazır olduqlarını nümayiş etdiriblər. Lakin OPEC+ formatında aprelin 6-na təyin edilmiş videokonfrans aprelin 9-na təxirə salınıb.
Xəbərlərə görə buna səbəb Səudiyyə Ərəbistanının Rusiyaya ağır şərt irəli sürməsidir. Şərtə görə Rusiya öz neft hasilatını 1.5 milyon barrel azaltmalıdır. Səudiyyə Ərəbistanının özünün sə hasilatı nə qədər azaltmağa hazır olduğu məlum deyil. Bir sözlə, aprelin 9-da neft nəhəngləri arasına çox gərgin danışıqların olması qaçılmazdır və analitiklərə görə əgər anlaşma olmasa neft yenidən 10 dollara qədər ucuzlaşacaq.
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov neft bazarında hökm sürən fırtına barədə “Exo Moskva” radiostansiyasının saytında analitik məqalə ilə çıxış edib. Həmin məqaləni tərcümə edirik:
****
OPEC+ formatında nəhayət bu həftə baş tutacağına inanmaq istədiyimiz danışıqlar sağlam düşüncənin kartel iştirakçılarının ötəri ambisiyaları üzərində təntənəsini nümayiş etdirməlidir.
Neftin qiymətini artırmaq hasilatı artırmaqdan daha sərfəlidir və bu postulat həm Rusiya, həm Səudiyyə Ərəbistanı üçün eyni dərəcədə doğrudur, çünki sadə riyazi hesablamaya əsaslanır. Məsələn, neftin barrelinin qiyməti 45 dollar olarsa və hasilatın sutkada 9 milyon barrel olması halında ölkə gündə 405 milyon dollar gəlir əldə edir. Qiymət 30 dollar və hasilat gündə 12 milyon barrel olanda isə gündəlik gəlir cəmi 360 milyon dollar təşkil edəcək. Bəs o zaman bu bazarda “ideal qasırğa” törətmək nəyə və kimə lazım idi?
Hasilatın azaldılmasının bazar payının itirilməsi ilə nəticələnəcəyi və Amerikanın şist neft hasilatçılarının ekspansiyasına səbəb olacağı barədə arqument artıq aktual deyil. Dünya iqtisadiyyatının koronavirus pandemiyasına görə üzləşdiyi indiki böhranı hətta kartel razılaşması olmadan da hasilatı azaltmağa məcbur edir. Razılaşmaq və və fəaliyyətləri qarşılıqlı mənfəətə görə koordinasiya etmək daha rasionaldır.
İndi hətta bu arqument də öz aktuallığını itirib ki, Rusiya səudiyyəlilərlə qiymət müharibəsinə özünün “təhlükəsizlik yastığı” , qızıl-valyuta ehtiyatları hesabına bir neçə il tab gətirə bilər. Məcburi karantin iqtisadiyyata ağır yükün düşməsinə səbəb olub, sosial problemlər kəskinləşib. Bu şərtlərdə ehtyatları yemək hesabına aşağı neft qiymətlərinə dözməyin heç bir mənası yoxdur. Axı hələ də bizim iqtisadiyyatımız iki xilasedici qayıq-neft və qaz üzərində dayanır. Öz iqtisadiyyatının kiçilməsi və sosial sferada xərcləri azaltmaq hesabına kiməsə dərs vermək öz oturduğun budağı kəsmək kimidir.
Səudiyyəlilər isə “Al Araby” nəşrinin hesablamalaına görə gündə 400 milyon dollar itirir və nəşrin yazdığı kimi, “rus ayısı ilə intihara bənzər duel” aparır. Rusiya isə belə bir vaxtda təkcə son bir həftə ərzində özünün ehtiyat fondundan 33 milyard dollar xərcləyib. OPEC+ formatında danışıqlara qoşulmaq və hasilatı azaltmaq arzusunu hətta Norveç dilə gətirib, hansı ki, 2002-ci ildən bəri həmişə karteldən məsafə saxlayırdı.
Bəs ABŞ nə edir? “Qəsdçilərin” bu ölkəni “dizi üstə çökdürmək” istəyi baş tutubmu (əgər ümumiyyətlə belə istək olubsa)?
Bir tərəfdən Amerika şist neft hasilatçılarının işi indi doğrudan da iflic olub: bu cür aşağı qiymətlərdə nefti hasil etmək sərfəli deyil. CNN telekanalının açıqladığı rəqəmlərə görə martın 17-dən bəri neft ştatı Texasda martın 17-dən bəri 300 min nəfər iş üçün müraciət edib, onlar neft şirkətlərinin işdən atılan işçiləridir. Digər tərəfdən prezident Donald Tramp bu vaxta qədər OPEC+ razılaşmasına qoşulmaq niyyətini açıq nümayiş etdirməyib, hansı ki, “Bloomberg”in bildirdiyinə görə, səudiyyəlilər və rusiyalılar onu buna vadar etməyə çalışır. Və məsələ təkcə Trampın iradəsində və imkanlarında deyil.
“Pulkəsən maşına” malik olan ABŞ Federal Ehtiyatlar Sistemi nə qədər lazım bilsə və nə qədər istəsə o qədər dollar çap edə bilər. Əgər Rusiya və Səudiyyə Ərəbistanı Amerika prezidentinə təzyiq etməkdə davam edərsə və ABŞ-ın iştirakı olmadan hasilatın azaldılması barədə sövdələşməyə getməsə Tramp öz şist neft hasilatçılarını müxtəlif yollarla dəstəkləyə bilər. Məsələn, idxal olunan neftə yüksək gömrük tarifləri tətbiq edə, neft şirkətlərinə birbaşa dövlət subsidiyaları verə bilər. 2015-ci ildə belə olmuşdu və Amerika neft şirkətləri dövlətdən 200 milyard dollar almışdılar.
Rusiyanın isə bu baxımdan imkanları olduqca məhduddur. “Shell”, “Exxon”, BP, “Equinor”, “Total” kimi qərb neft nəhənglərindən fərqli olaraq bizim şirkətlərimiz nə dollar çap edən “pulkəsən maşınlara”, nə avrobondlar bazarına belə çıxış imkanları yoxdur. Üstəlik Rusiyanın neft anbarları artıq ağzına qədər dolub, “Bloomberg” belə xəbər verir. Bizim neft rezervuarlarımızın cəmi tutarı və boru kəmərləri sistemimizin gücü bazarda tələbat olmayan artıq nefti saxlamağa imkan vermir. “Transneft” şirkətinin-əsas anbar gücünün və neft kəmərləri sisteminin sahibinin açıqladığı kimi bu tutarın həcmi 145 milyon barreldən bir qədər artıqdır. ABŞ-ın neft anbarlarının ümumi həcmi isə bundan az qala 10 dəfə artıqdır. Onu da yaddan çıxarmaq lazım deyil ki, Rusiya həm də sanksiyalar altında yaşayır. Və əgər səudiyyəlilərlə sövdələşmə baş tutsa da ABŞ-ın bu sanksiyaları azacıq da olsa yumşaltmaq niyyəti yoxdur. Sövdələşmə baş tutmasa isə Tramp yəqin ki, sanksiyaları nümayişkaranə şəkildə gücləndirəcək. Ona görə də kimin kimi sıradan çıxaracağı böyük sualdır.
Bundan əlavə, Rusiya və Səudiyyə Ərəbistanı hakimiyyətləri mütləq dövlət nüfuzu resurslarına malik olmaqla neft sənayesinin şaquli idarəedilməsi paradiqması ilə yaşayır və düşünür. “Saudi Aramco” da “Rosneft” kimi dövlət şirkətdir və indiki prosesdə dövlətin açdığı, yaxud bağladığı kranlar rolunda çıxış edir. ABŞ-da isə neft hasilatı tamamilə və bütünlüklə özəl şirkətlərin əlindədir, sahənin nizamlayıcısı funksiyası isə ərazi assosiasiyaları üzrə bölünüb. Yəni Tramp birdən “dilətutmalara” getsə və OPEC+ sövdələşməsinə qoşulmaq istəsə bunu təkbaşına edə bilməz, hökmən yerli hakimiyyətlərin razılığını almalıdır.
...Təsadüfi deyil ki, riyaziyyatı “elmlərin şahı” adlandırırlar. Bu elm isə birmənalı şəkildə deyir ki, daha yuxarı qiymətə, amma daha az satmaq sərfəlidir. “Elmlər şahı”na qulaq asmaq yaxşıdır ki, sonradan onun qəzəbini üzərinə çəkməyəsən.//Virtualaz.org
MARAQLI / SON XƏBƏR / BANNER / GÜNDƏM

Tarix: 8-04-2020, 14:40