mobil versiya

Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO



Əməkdar incəsənət xadimi Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakit İbadov bədbəxt hadisə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, bu barədə sazın mahir ifaçısı “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən məlumat verib.
Aşıq Zülfiyyə həyat yoldaşı Sakitin ev təmiri zamanı barmağını “laqonda” aparatı (elektrik mişarı – red.) ilə kəsdiyini açıqlayıb:

“Evdə təmir işlərinə başladıq. Sakitə dedim ki, ustaya deyək, gəlib köməklik etsin. O isə sözlərimə qulaq asmadı və başına belə bədbəxt hadisə gəldi. Amma Sakit hər işi bacarır. Hazırda əli sarğıdadır, vəziyyəti isə yaxşıdır”.

Qeyd edək ki, bu il evliliklərinin otuz illini qeyd edəcək Aşıq Zülfiyyə ilə Sakit İbadovun Babək adlı bir oğlan övladları var. Babək İbadov da müğənni kimi fəaliyyət göstərir.








MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 22-04-2020, 11:30