mobil versiya

“Azad Şuşanın ilk qarı” adlı fotosərgi açılıb



Milli Azərbaycan Tarixi Muzeyində “Azad Şuşanın ilk qarı” adlı fotosərgi təşkil olunub.
Sərgidə muzeyin əməkdaşı, tanınmış fotoqraf Mirnaib Həsənoğlunun 2020-ci il dekabrın 18-də Şuşa şəhərinə yağan ilk qara həsr etdiyi fotolar nümayiş olunur.
Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğurunda candan keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov çıxış edərək nümayiş edilən fotoların tarixi önəmindən danışıb. Qeyd edib ki, Mirnaib Həsənoğlunun sərgi ekspozisiyasında nümayiş olunan fotoları doğma Şuşanın qış fəslində möhtəşəm mənzərəsini insanlara çatdırır: “Sərgi çox rəmzi dövrə təsadüf edir. Həm “Şuşa İli”nə, həm də Zəfərimizin ikinci ildönümünə həsr olunub. Bu sərgi bütün ziyarətçilərin marağına səbəb olacaq”.
Müəllifi təmsil etdiyi qurumun kollektivi adından təbrik edən F.Cabbarov, fotoqrafa gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Mirnaib Həsənoğlu çıxış edərək sərgidə nümayiş edilən fotoların ərsəyə gəlməsi səbəbindən söz açıb. Bildirib ki, sərgidə 50-dən artıq foto yer alır.
 Sonra M.Həsənoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.



 


MƏDƏNİYYƏT
Tarix: 28-10-2022, 23:55