Bursada "Şuşa Günləri" keçiriləcək
Şuşa şəhərinin 2023-cü il “Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2022-ci il 8-9 dekabr ayında “Türk Dünyasının mədəniyyət paytaxtı” Bursada “Şuşa günləri” keçiriləcək.
Reportyor.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin nümayişi olacaq. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər göstəriləcək.
Xatırladaq ki, 1992-ci ildə işğala az qalmış şəhəri tərk edən Reza Deqati 30 ildən sonra qayıdaraq Şuşanı yenidən kameranın yaddaşına köçürüb.
Deqati sərgisinin açılışı üçün Bursadadır və tədbir zamanı eyni zamanda əyani konfrans keçirəcək və Şuşanın keçmişindən, indiki təcrübələrindən və gələcəyi ilə bağlı arzularından danışacaq.
2023-cü ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşa şəhəri tarixən Azərbaycanın mədəni-mənəvi, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Fondun təşəbbüsü ilə Bursada “Şuşa Günləri”nin təşkil olunması, “Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni bir ənənənin əsasının qoyulması məqsədini daşımaqdadır.
MƏDƏNİYYƏT

Tarix: 8-12-2022, 13:42