Azərbaycanlı “qanuni oğru”ya daha 15 il həbs cəzası verilə bilər
Azərbaycanlı “qanuni oğru” Hacıbala Talıbxanlı (Hacı Beyləqanski) barəsində cinayət işi başlanılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rusiyanın güc strukturları hazırda Voronej vilayətində məhkumluq həyatı yaşayan Hacı Beyləqanski ilə bağlı araşdırmalar aparırdı. Araşdırmalar nəticəsində güc strukturları Beyləqanskinin “qanuni oğru” titulu daşıdığını müəyyən edib. Rusiya Federasiyası Cinayət Məcəlləsinə edilən dəyişiklilərə görə isə bu ölkədə “qanuni oğru” titulu daşıyanlar heç bir cinayət törətymədiyi halda belə, məhkum oluna bilər.
“Qanuni oğru”ların maddəsi hesab edilən 210.1-ci maddədə 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hacı Beyləqanski 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da “qanuni oğru” titulu alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski onun öldürülməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb, bir müddət sonra azadlığa çıxıb. Hazırda Rusiyada həbsdədir./sfera.az
ÖLKƏ / CƏMİYYƏT
Tarix: 15-11-2022, 17:30