Bu qidaları soyuducuda saxlamayın
İnsanlar adətən birdən çox ərzaq alır, xarab olmaması üçün soyuducuya qoyurlar.
Çinli tədqiqatçılar bəzi məhsulların bu şəkildə saxlanılmasını zərərli sayırlar. Çünki bu halda onların “zəhərə” çevrildiyini deyirlər.
Məlum olub ki, soyuducuya qoymamlı olduğumuz qidalardan biri şokoladdır. Belə ki, temperaturun aşağı olması səbəbindən şokoladın səthi kristallaşmağa başlayır. Bu da onun daxili strukturunun məhvinə gətirib çıxarır.
Çörək məhz yüksək temperaturda bişirildiyi üçün yumşaq və dadlı olur. Bu səbəbdən onun temperaturun aşağı olduğu soyuducuda saxlanılması dadına, üstəlik insan sağlamlığına mənfi təsir edir.
Üçüncüsü, banan kimi tropik meyvələrdir. Onlar ümumiyyətlə, soyuducuya qoyula bilməz, çünki isti və quru mühitdə yetişirlər. Aşağı temperatur şəraitində isə asanlıqla xarab olur və tədricən zəhərli maddələr ifraz edirlər.
Vetçinanı saxlamaq üçün soyuducudan imtina etmək tövsiyə olunur. Daxili temperaturun aşağı olması səbəbindən məhsulda bakteriyalar əmələ gəlir. Görünüşdə heç bir şey dəyişməsə də, onun bu şəkildə yeyilməsi sağlamlığa təhlükə yaradır.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 9-01-2023, 14:30