mobil versiya

ÜST Avropaya səyahət tədbirlərinin tətbiq edilməsini tövsiyə edib




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi ABŞ-da yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştamının (XBB.1.5) sürətli yayılmasını nəzərə alaraq diskriminasiyaya yol vermədən səyahət tədbirlərinin tətbiq edilməsini tövsiyə edib.

Təşkilat uzunmüddətli uçuşlardan istifadə edən sərnişinlərin tibbi maska istifadə etməsini tövsiyə edib.
“Bu o demək deyil ki, biz bu mərhələdə ABŞ-dan gələn sərnişinlərin test edilməsini tövsiyə edirik. Ölkələr uçuş öncəsi test üçün sübut bazasına baxmalıdırlar. Sərnişinlərə uzunmüddətli uçuşlar da daxil olmaqla yüksək riskli məkanlarda maska taxmaları tövsiyə edilməlidir. Bu COVID-ə yoluxmaların çox olduğu istənilən yerdən gələn sərnişinlərə edilmiş tövsiyə olmalıdır”, - deyə təşkilatın Avropa üzrə nümayəndəsi Katrin Smolvud bildirib.(APA).
SAĞLAMLIQ / KARUSEL
Tarix: 10-01-2023, 16:07