mobil versiya

Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil - Nazir


Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil.
Bunu bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib
Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.
"Əminliklə deyə bilərik ki, 3 doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.
Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 20-01-2023, 10:52