Dərmanların içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi ləğv edilir
Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi aradan qaldırılır.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulur. Türk, rus və digər dillərində də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Qeyd edək ki, bu gün Milli Məclisin növbətənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-07-2023, 12:16