mobil versiya

Təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı işlər görüləcək - Zaur Əliyev



Təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı işlər görüləcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir.
“Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir.
Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb.
İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir”,- deyə o bildirib.(trend)


SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-12-2023, 11:45