mobil versiya

Qızılcaya yoluxan böyüklər uşaqlara nisbətən xəstəliyi daha ağır keçirir


Vaxtilə peyvənd olunanlar da illər keçəndən sonra qızılca xəstəliyinə yoluxa bilərlər. Bu, həkim və mütəxəssislərin mövqeyidir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dediyinə görə, uşaq vaxtı vurulan peyvəndin qoruyuculuğu 15-20 il keçəndən sonra zəifləyə bilər və qızılcaya yoluxmaq mümkündür. Müşahidələr göstərir ki, qızılcaya tutulan uşaqlara nisbətən böyüklər həmin xəstəliyi daha ağır keçirir. Hətta qızılcaya təkrar yoluxanlar da var.
Mütəxəssis-ekspert deyib: “Uşaqlarla böyüklər arasına müqayisə aparsaq belə bir qənaətə gəlmək olar. 5 yaşından kiçik olan uşaqlar risk qrupu hesab olunur və onlar xəstəliyi daha ağır keçirilər. Lakin bununla yanaşı yaşı 20-30-dan yuxarı olanlar da qızılcanı ağır keçirməyə namizəddirlər”.
Həkimlər bir daha xəbərdarlıq edirlər: vaxt itirmədən peyvənd olunmaq lazımdır, çünki xəstəliyə yoluxandan sonra həmin peyvəndi etdirməyin heç bir əhəmiyyəti yoxdur.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-12-2023, 11:40