mobil versiya

İTSF-nun büdcəsi 3 milyard manata yaxınlaşır


İcbari Tibbi Sığorta Fondunun büdcəsi 3 milyard manata yaxınlaşır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ildən icbari tibbi sığorta bütün ölkəni əhatə edən bir sığorta növü olub.
“Məqsədimiz əhalinin üzərinə düşən maliyyə yükünü sığorta ilə həyata keçirmək idi. İcbari sığortadan öncə dövlət səhiyyə sahəsinə 750 milyon manat vəsait sərf edirdi. Bu o deməkdir ki, biz əhalinin xərclərini öz üzərimizə götürürük. Fond hər il 10 faiz böyüyür. Qarşıda bizim daha böyük hədəflərimiz var. Onkologiya sahəsi böyük xərc tələb edən sahədir və bununla bağlı danışıqlar aparılır. İmkanlı şəxslər özəl xəstəxanalara, xaricə gedə bilirlər. Amma bir çox insanın buna imkanı çatmaya bilər. Biz sırf imkanı olmayan şəxslərə kömək etməyə çalışırıq”, - deyə Z.Əliyev qeyd edib.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 20-06-2024, 11:34