Ölkədə 2 500 uşaq şəkərli diabetdən əziyyət çəkir
Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.
Bu barədə açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova məlumat verib.
O qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.
Mərkəz direktoru bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün həmin xəstəlikdən əziyyət çəkənlər üçün vacib olduğunu açıqlayıb: “Çünki insanlar şəkərli diabetin təsirləri barədə ətraflı maariflənirlər, vaxtında diaqnoz qoyulması və fəsadlarının aradan qaldırılması istiqamətində görülən müalicələr barədə öyrənirlər”.
Qeyd edək ki, Beynəlxalq Diabetlə Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 28-11-2024, 13:53