mobil versiya

“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir



“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, son 22 ildə ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 8 dəfə artıb. 2022-ci ildə xəstəlikdən əziyyət çəkənlərin 90 faizi II tip şəkərli diabet xəstələri olub.
Onu da bildirək ki, qeyri-sağlam qidalanma II tip şəkərli diabetin yaranmasında əsas risk amillərindəndir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-02-2024, 15:24