mobil versiya

“Təklif etdiyi sülh sazişinin konstruktiv qarşılanmasında Azərbaycanın yanındayıq”



“Məqsədimiz davamlı sülh və etimadın bərqərar olması, mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafın sürətləndirilməsidir”.
Bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə İş Forumundan çıxışı zamanı bildirib.
“İllərlə minalanmış torpaqlara gələcəyin toxumlarını səpirik. Biz uğur, sülh və inkişafın dastanını yazırıq”, - deyə Fuat Oktay qeyd edib.
“Məqsədimiz davamlı sülh və etimadın bərqərar olması, mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafın sürətləndirilməsidir. Bu xeyirxah tendensiyanın qarşısını almağa çalışan cavabını alacaq.
Bununla bütün dünyaya bir daha bəyan edirəm ki, biz vahid xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc toplayaraq gələcəyi birlikdə formalaşdırırıq.
Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin Ermənistan tərəfindən konstruktiv anlayışla qarşılanması yönündə də dostumuzun yanındayıq. Ermənistanla apardığımız normallaşma prosesində bütün məsələlərdə olduğu kimi, Azərbaycanla sıx əməkdaşlıq edirik. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından, bu regionda sülhün bərqərar olmasından, Ermənistanın işğalçı və təcavüzkar yanaşmalarından əl çəkməsindən asılıdır”, - deyə Türkiyə vitse-prezidenti vurğulayıb.

SİYASƏT
Tarix: 5-11-2022, 13:41