Tünzalə keçmiş həyat yoldaşı haqda: "Kişiyə yaraşmayan hərəkət elədi"
"Sənətə gələndə ailəliydim. Mən çox nadir hallarda bu barədə danışıram. Çünki, o dönəm həyatımda həm maraqlı, həm də kədərli hadisələrlə həkk olunub. İlk zamanlar ailə həyatını tamam başqa cür xəyal edirdim, arzularım fərqli idi. Elə bilirdim ki, hər şey sevginin üzərində qurulub. Amma..."
REPORTYOR.AZ News24.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Dəyişən cavab" verilişində keçmiş həyat yoldaşından danışarkən deyib. Sənətçi bildirib ki, keçmiş həyat yoldaşı ilə yollarını ayırmalarının əsas səbəbi xasiyyətlərinin tutmaması olub:
"Heç vaxt onun dəstəyini dana, silə bilmərəm. Hər birimizin nöqsanları olub. Bir müddət sonra xasiyyətimiz tutmadı, ona görə də ayrılmaq qərarına gəldim. İnanın, çox xırda məsələlərə görə belə dava edirdik. Amma bacardığım qədər Fidanın bu davaları görməsini əngəllədim. Mən ekran qarşısında ağlamağı bacarmıram. Ona görə də heç vaxt problemlərimi biruzə vermirəm. Amma mən də insanam, küsə bilirəm, özümü çarəsiz hiss etdiyim günlərim olub. Ailəm mənə görə çox üzülürdü.
Övladları gözlərinin qabağında əziyyət çəkirdi. Bir yandan yaradıcılığımın ən pik nöqtəsini yaşayırdım, digər tərəfdə də şəxsi həyatım, ailəm məhv olmuş vəziyyətdə idi, faciə yaşayırdım. Mən Tünzalə Ağayeva ulduzunun parlamağını qətiyyən hiss etmirdim. O, nə övladının anası, nə də ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmət eləmədi. Bax, həmin anda ondan tamamilə qırıldım.
Çox ehtiyatsız, kişiyə yaraşmayan, kinli bir hərəkət elədi. Yaxşı ki, o vaxtlar sosial şəbəkələr bu qədər inkişaf etməmişdi. Yalçın nə qədər qarşısına çıxan qəzetləri yırtırdı. İnanın, bəlkə də kilolarla..."
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-04-2021, 11:00