mobil versiya

“Avroviziya-2021” müsabiqəsinin qalibləri gələcək planlarını açıqladılar




Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilmiş “Avroviziya-2021” mahnı müsabiqəsində qalib gəlmiş İtaliyanın “Maneskin” rok qrupu cari ilin sonuna kimi yeni albom buraxacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qrupun üzvləri keçirdikləri mətbuat konfransında bildiriblər.
Onlar qeyd ediblər ki, dekabrda tur planlaşdırıblar.
"Biz hələ yeni albom üzərində işləyirik. Albomu ilin sonuna kimi, dekabra qədər buraxacağıq", - qrupun bas gitraçısı Viktoriya De Anjelis deyib.
“Maneskin”in solisti David Damiano qeyd edib ki, kollektivin həmçinin dekabrda tura başlayacaq.
İtaliya təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. Qrupun "Zitti e buoni" mahnısı səsvermə zamanı builki müsabiqədə ən çox xal toplayan ifa olub.
“Maneskin” rok qrupunun tərkibinə vokalist Damiano David, bas gitaraçı Viktoriya De Anjelis, gitaraçı Tomas Rac və təbilçi İtan Torkio daxildir.
İtailya sonuncu dəfə 1990-cı ildə “Avroviziya”da qalib gəlib. Bu, ölkənin ümumilikdə üçüncü qalibiyyətidir.

SON XƏBƏR / KARUSEL
Tarix: 23-05-2021, 04:41