İsti hava koronavirusu ağırlaşdırır
İsti hava koronavirus və digər xəstəliklərin gedişatını ağırlaşdırır.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin mütəxəssisi Andrey Tyajelnikov bildirib.
Onun sözlərinə görə, istidə xəstələnmək daha təhlükəlidir, çünki hipotermiya və immunitetin azalması riski var. Bu səbəbdən də orqanizm virus və bakteriyalara qarşı daha həssas olur.
“Bu səbəbdən vaksinasiya ən qısa müddətdə, gecikmədən, xüsusən də risk qrupuna daxil olan insanlar - xroniki xəstəlikləri olanlar, yaşlılar və immuniteti zəif olan insanlar üçün edilməlidir”, - deyə Tyajelnikov qeyd edib.
Həkim vurğulayıb ki, xəstə insanların otaqlarının istiliyinə xüsusi diqqət yetirilməlidir. Bunun üçün mütəmadi olaraq otağı havalandırmaq və nəmləndirərək təmizləmək lazımdır.
SON XƏBƏR / KARUSEL
Tarix: 9-07-2021, 11:03