mobil versiya

Rusiyada xəstəxananın oksigen stansiyasında qəza olub, 9 nəfər ölüb





Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində təcili tibbi yardım xəstəxanasında oksigen stansiyasında baş verən qəza nəticəsində 9 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində ölənlər 47-85 yaş pasiyentlərdir.
Rusiyanın müxtəlif yerlərindən qəza baş verən xəstəxanaya oksigen balonları göndərilir.
Faktla bağlı cinayət işi açılıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 10-08-2021, 11:15