Təhsil müəssisələrində əyani tədris olacaq? - Elşad Hacıyev cavab verdi
"İndiki şəraitdə koronavirusun qarşısının alınması üçün dövlət tərəfindən nəzarət həyata keçirilir. Vətəndaşlar mövcud tələbləri nəzərə almalıdır. Tədrisin yenə də davam etdirilməsi üçün məsuliyyətli olmaq lazımdı. Heç bir məsələdə güzəştə getməməliyik. Dövlət qurumlarının işini artırmamalıyıq. Diqqətli olmalıyıq. Toy, nişan, ad günü keçirilməsində yaradılan monitorinq qruplarının işi yenə də davam etdiriləcək. Bir neçə rəqəmi qeyd edim ki, iyulun 1-dən bu günə qədər Respublika ərazisində 4865 monitoqinq aparılıb. Nəticələr ürəkaçan deyil. Qaydalara etinasız yanaşıldı. Təhsil müəssisələrində əyani tədris başlayacaq. Bu monitorinq qrupları oraya da cəlb olunacaq".
Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında deyib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-08-2021, 15:15