mobil versiya

3-cü doza vaksinin vurulması mütləqdir? - TƏBİB-dən açıqlama




“3-cü doza vaksinin vurulması yeni metod deyil. Bu, əldə olunmuş dozanın daha uzun müddət orqanizmdə qalması üçün bir tövsiyədir. Peyvəndin 6-8 ay müddətində qoruyuculuğu təsdiqlənib. 6 aydan sonra əlavə dozanın istər xəstəliyi keçirən, istərsə də vaskin olunan şəxsdə immunitetin daha uzun müddət qalmasını təmin edir. “Sinovac” şirkəti məlumat yayıb ki, yaşlı insanlar 3-cü dozanı 6 aydan sonra vurdurduqda qanda hemoqlobinin sayını artırır. Ona görə yaşlı insanlara, o cümlədən tibb işçilərinə əlavə - yəni 3-cü doza vaksinlər vurulsa, yaxşı olar”.

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-08-2021, 16:15