mobil versiya

Bir gündə 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb



Avqustun 20-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


SON XƏBƏR / KARUSEL
Tarix: 21-08-2021, 10:30