Azərbaycanda hansı yeniyetmələrə peyvənd vurulacaq? - RƏSMİ
Azərbaycanda hansı hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulacağı məlum olub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaşı 16-18 olan xaricdə təhsil alan və xroniki xəstəlikdən əziyyət çəkən yeniyetmələr peyvənd olunacaqlar.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-09-2021, 10:45