mobil versiya

Tacir Şahmalıoğlu 30 il sonra bu arzusuna çatdı - FOTO/VİDEO




Müğənni Tacir Şahmalıoğlu Şuşaya yollanıb.

REPORTYOR.AZ
xəbər verir ki, sənətçi Cıdır düzündə "Qarabağ" mahnısını ifa edib.

Bu haqda Tacir Şahmalıoğlu sosial şəbəkə hesabında məlumat verib. İfaçı Şuşadan olan görüntülərini paylaşaraq, 30 ildir həsrətində olduğu arzusuna çatdığını bildirib:

"Şuşada arzu etdiyim əhdimə çatdım, sevincimin həddi-hüdudu yoxdur. Çünki ana ocağımda həmin "Bayatı şiraz"ı oxuduğum daşın üstünə ayaq basdım, öpdüm, bağrıma basdım. Bundan gözəl hədiyə ola bilməz. 30 ildir bu anı gözləyirdim".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 25-09-2021, 12:00