Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.
Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 29-11-2021, 11:13