Xurma adı ilə qanunsuz olaraq dərman daşıyan avtomobil saxlanılıb
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Belə ki, İran İslam Respublikasından ölkəmizdən tranzit keçməklə Rusiya Federasiyasına “xurma” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili Astara Gömrük Postunun idxal yoxlama xəttində saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1 215 həb, 122 flakon, beş ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-11-2021, 17:12