Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2021, 10:00