mobil versiya

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər




Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

REPORTYOR.AZ “qaynarinfo”ya istinadən xəbər verir ki, "Lənkəran-Bazar” ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.

Araşdırmalar zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.

Qeyd edək ki, "Lənkəran-Bazar” ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.
SON XƏBƏR / KARUSEL
Tarix: 1-02-2022, 13:00