Jurnalist Azər Qismət infarkt keçirib
Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
REPORTYOR.AZ məlumatına görə, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva “report”a bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.
“Azər Qismət özünü narahat hiss edən kimi həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasınına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib.
Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, - N.Rəfiyeva qeyd edib.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-02-2022, 10:30