mobil versiya

Yol polisi sürücülərə müraciət edib - VİDEO




Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət edilib.

İdarədən daxil olan müraciətdə deyilir:

"Əziz sürücülər, idarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb, daha sonra yenidən sürət rejiminə əməl etməməklə siz öz həyatınızı riskə atmış olursunuz. Unutmayın, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn, orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır. Gəlin, yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək".





SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 3-08-2022, 15:00