Bakıda qanunsuz parklanmanın qarşısı alınıb
Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yolun hərəkət hissəsində avtomobillərin parklanması üçün yer zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O qeyd edib ki, həmin şəxslə müvafiq profilaktiki və izahedici söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-09-2022, 17:30