mobil versiya

18 mərtəbəli binanın 19-cu mərtəbəsi - Yasamalda ucuz qiymətə satılan mənzillər necə tikilir? - FOTO




Paytaxtın Yasamal rayonunda "Yeni Yasamal" qəsəbəsi kimi tanınan ərazidə son zamanlar bazardakı digər mənzillərlə müqayisədə ucuz olan mənzillər satışa çıxarılıb.

Sosial şəbəkələrdə və elan saytlarında satışa çıxarılan bu mənzillərin ortaq cəhəti isə sonuncu mərtəbədə yerləşməsidir.
Belə ki, bu mənzillər binaların sonuncu mərtəbəsində - 19 və ya 18-ci mərtəbələrdə yerləşir. Mənzillər mansard mərtəbədə yerləşsə də, adi mansardlardan hündürlük və genişliyinə görə xeyli dərəcədə fərqlənir.



Mənzillərin ucuz olması isə insanlarda bəzi suallar doğurur.

BAKU.WS xəbər verir ki, trend-in apardığı araşdırma zamanı məlum oldu ki, bu mansard tipli mənzillər sonradan tikilib.
Yəni bu binalar bir neçə il əvvəl tikilib təhvil verilsə də, məhz hazırda satışda olan mansard mərtəbə yaxın zamanlarda tikilərək artırılıb. Bina tikilən zaman bu mansard mərtəbələr olmayıb.



Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, həmin binada aparılan tikinti qanunidir, layihə təsdiqlənən zaman nəzərdə tutulub.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə açıqlamasında bildirib ki, tikintilərə rəsmi icazə verilibsə, bu, qanuni hesab olunur.
"Lakin bu tipli tikililərin nə dərəcə düzgün olduğunu aydınlaşdırsaq, hüquqi baxımdan qanuni olsa da, texniki baxımdan düzgün deyil. Bu tipli tikililər vətəndaşlar üçün sonradan texniki problemlər yaradır. Digər bir tərəfdən bina istismara qəbul olunubsa, orada yaşayış varsa, sonradan tikintinin aparılması doğru yanaşma deyil. Təbii ki, rəsmi qurumların icazələri varsa, bu halda mənzillər qanuni hesab olunur".

SON XƏBƏR / KARUSEL
Tarix: 5-09-2022, 11:00