mobil versiya

Xəzər TV-nin yanında dəhşət: Xoşqədəm təcili tibbi yardımı ittiham etdi - VİDEO - YENİLƏNİB



Sosial şəbəkələrdən birində Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a bildirilib.

Verilən məlumata görə, Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib.

Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib.
Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

***11:49

Bakıda ağır yol qəzası baş verib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “İnstagram” hesabında yazıb.

O, bildirib ki, yol qəzası səhər saatlarında Xəzər TV-nin binası yanında qeydə alınıb.

Səhər dəhşətli avtomobil qəzası baş verib. Maşının içərisindən sürücünü çıxarmaq üçün insanların mücadiləsi, yerə uzadılmış qanlar içərisindəki gənc qızın halı ürəyimi parçaladı.

Düz 40 dəqiqə ərzində qanlar içərisində uzanan gənç qızla birlikdə hər kəs təcili yardım gözləyirdi... Biabırçılıq sadəcə”, - deyə aparıcı şərh yazıb.
Qeyd edək ki, əraziyə təcili yardım maşını cəlb olunub.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 23-12-2019, 19:00