İsgəndər Həmidov komaya düşdü - aparata qoşuldu
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov komaya düşüb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib:
"Artıq xeyli vaxtdır, dəyərli dostumuz, Milli-azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır.
Bu ilin 24 yanvar tarixində, təxminən saat 17:00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb. Təcili xəstəxanaya çatdırılsa da, onu özünə gətirmək mümkün olmayıb.
Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.
Türkiyədəki həkimləri ilə intensiv danışıqlar gedir.
SON XƏBƏR / KARUSEL
Tarix: 4-02-2020, 10:55