Ermənilər kütləvi davadan sonra azərbaycanlılardan üzr istədi
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.
REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, kütləvi dava şəhərin Oçaqova-Matveyevskya rayonunda baş verib.
Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.
“Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik”, - deyə Ş.Tağıyev bildirib.
Qeyd edək ki, Moskva şəhərində 30-a yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 20-02-2020, 09:39