mobil versiya

Qızın çılpaq cəsədini çamadanda gizlədən “Ken kukla” həbs olundu - FOTO



Moskva şəhərində keçirilmiş məhkəmənin qərarı ilə 33 yaşlı Maksim Qareyev 25 yaşlı bloqer Yekaterina Semoçkinanı öldürməkdə təqsirli bilinib.

Bu barədə REN TV xəbər yayıb. 

Kanalın məlumatına görə, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qareyev çoxsaylı plastik əməliyyat keçirdiyi üçün “Ken kukla” kimi tanınırdı. 

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Rusiya paytaxtının şimalında mənzillərin birində çamadanın içərisində boğazı kəsilən çılpaq qız meyiti tapılıb. Öldürülən şəxsin 80 min izləyicisi olan bloqer olduğu müəyyən edilib. Qız Tibb Universitetlərinin birində təhsil alırdı və kirayədə yaşayırdı. 

Qızın cəsədi ev sahibi tərəfindən tapılmışdı. O, bloqerin valideynlərinin xahişi ilə evə baxmağa girmişdi. 

İstintaq zamanı qızın Qareyevlə əlaqəsi ortaya çıxıb. Sonradan gənc etiraf etmişdi ki, qız intim xidmətlər təklif edirmiş. O da bu məqsədlə Semoçkinanın evinə gedib. Qız onun xarici görünüşünü məsxərəyə qoyub. Bundan sonra Qareyev dözməyib və onu öldürüb.//oxu.az






SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 3-03-2020, 11:09