Məşhur modeldən ittiham: “Atam məni…” - FOTO
21 yaşlı rusiyalı model Alesya Kafelnikova atasına qarşı ittihamları ilə gündəmə gəlib.
Bu barədə “Cosmopolitan” xəbər yayıb.
Bir neçə gün öncə modelin atası, 46 yaşlı məşhur tennisçi Yevqeni Kafelnikov qızı barədə qalmaqallı müsahibə verib.
“Qızım məsuliyyətsizliyi ilə əlaqədar karyera qura bilmir. Kastinqə içkili vəziyyətdə getdiyi üçün “Chanel” şirkətinə bir daha dəvət olunmayacaq”, - deyə idmançı bildirib.
Model isə atasını sevməsinə baxmayaraq, onunla münasibət qurmaqda çətinlik çəkdiyini deyib.
“Doğma atamın publikaya oynaması məni incidir. Uğur qazananda mən onun sevimli qızına çevrilirəm. Sonra iş olmur və qalmaqallar başlayır: “Pul hanı?”, “Sən işləmirsən?”, “Nədi, səni qovublar?..” Məni heç kim nə agentlikdən, nə də şoudan qovmayıb. Heç bir dəstəyim yoxdur, ancaq alçaldılıram. Öz statusunu qızı hesabına qaldıran belə bir atanı heç düşmənimə də arzulamıram”, - deyə podium ulduzu bildirib.
Alesyanın sözlərinə görə, artıq 18 yaşı olanda atasından maddi dəstək almağı dayandırıb. O, həmçinin, kastinqlərə və nümayişlərə içkili getmədiyini vurğulayıb.
Model atasının onu zorla ərə vermək istədiyini deyib. Alesyanın sözlərinə görə, buna razılaşmadığı üçün atası ondan intiqam alır.
“Atam məni zorla ərə vermək istəyir. Mən onun dediyini eləmək fikrində deyiləm. Məni ərə vermək üçün söz verdiyi adamla evlənməyəcəm”, - deyə Kafelnikova bildirib.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 6-03-2020, 14:17