"TIR-la cəsədləri aparırdım..." - Amerikada koronavirus dəhşəti
Türkiyədə aktyorluğu buraxdıqdan sonra ABŞ-a köçən və TIR sürücüsü işləyən Tolga Karel koronavirusla bağlı yaşadığı çətinliklərdən danışıb.
Publika.az xəbər verir ki, Karel koronavirusun mərkəzi olan Nyu-Yorkda həyatın iflic vəziyyətdə olduğunu deyib. Bu günlərdə xəstəxanaya getdiyini və sadəcə rentgen üçün ondan 3500 dollar istənildiyini bildirib.
"Ailəmi qorumaq üçün 1 aydır TIR-da yaşayıram. Çöldə işlədiyim üçün nə qədər diqqət etsəm də, xəstələnə və həmin xəstəliyi ailə üzvlərimə yoluxdura bilərəm. Ona görə evdə yaşamıram. Ümumilikdə vəziyyət çox pisdi. Nyu-Yorka getdiyim zaman "Qısa məsafəyə yük var" dedilər. Yükə baxanda gördüm ki, başqa meyitxanaya aparılacaq 12 cəsəd var. Əvvəl şok oldum, nə edəcəyimi bilmirdim. Yük maşınının soyudulmuş treylerində koronavirus səbəbindən ölən 12 nəfərin cəsədini apardım " - deyə keçmiş aktyor qeyd edib.
Bildirək ki, Tolga Karel 2017-ci ildə gözlənilməz bir qərarla aktyorluğu buraxaraq Türkiyədən Amerikaya köçüb.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-04-2020, 10:30