mobil versiya

Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü - VİDEO




Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhədində insident zamanı odlu silahdan istifadə edilib.

REPPORTYOR.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə zamanı bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.

Mərhumun qardaşı Malik İbrahimov bildirdi ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman evdə olub.

Hadisə isə iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının motorunda nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Qəhrəman İbrahimovdan başqa qayıqda Neftçala sakinləri, 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov, 41 yaşlı Emin Nuriyev də olub.

İlkin məlumata görə, Qazaxıstanın qanunları əsasında balıqçılardan biri barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaların birində müalicə olunur.

Faktla bağlı araşdırmalar aparılır.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 2-05-2020, 11:00