mobil versiya

Milli xəyanətin astanasında...




Mənə maraqlıdı ki,milli dəyərlərimizi ayaqlar altına atanları,hər dəfə onların xalqımıza qarşı fəaliyyət gostərən şovinist və kriminal güclərlə iş birliyinə girib başımıza min bir oyun açdığının şahidi oluruq.Və hər dəfə milləti keçi qiymətinə satanlara susuruq..Sizcə 90-cı illərdə yüzdən çox insanımızı oğurlayaraq fidyə tələb edən kriminal qüvvələr kimlərin "navodkası" ilə tanımadığı kəndlərə,məhlələrə,evlərə girirdi?..

O satqınların birinin adını çəkib ifşa etdikmi xalq olaraq,lənətlədikmi?..İndi bu gün onların balaları, ataları gedən yolu təkrar edir..Mən bilmək istəyirəm Borçalının ən ağlr,ən mərd elini təmsil edən bir qrup şəxs Marneuli keşişi ilə nə müzakirə ediblər,hansı razılığa gəliblər..Qarabağda şəhid vermiş,Azərbaycan elminə,siyasətinə yüzlərlə görkəmli oğul vermiş,1918-ci illərdə Gürcüstanın azadlığı və ərazi bütovlüyü uğrunda babalarını itirmiş  Sadaxlı kəndinin bu nümayəndə heyəti azərbaycanlıların milli dəyərlərinə,toponimlərinə dil uzadan keşişlə millətin hansı problemini  müzakirə ediblər və keşişə nə söz veriblər?..Əyninə sünnət xələti geyinib özünü ruhani sayan bu din xadimi xalqın və təmsil eydiyi dinin  adından hansı haqla,nə məqdlə o görüşdə olub..Şəxsi idisə,kənd problemi idisə öz işləridir..Yox,görüşün məzmunu millətin tale yüklü məsəsidirsə mövqelərini açıqlasınlar..Sözün kəsəsi,açıqlayın görək, siz bu görüşdə Marneuli kəndlərinin adının dəyişməsinə, N.Nərimanovun heykəlinin sökülməsinə keşişə dəstək vermisiniz ya yox..

Əgər keşişə dini işlərini icra yerinə,milli ədavəti qızışdırma yolu tutduğunu,borçalıların milli hissləri ilə oynadığını söyləmisinizsə, sizə təşəkkür edirəm və var olun deyirəm..

Yox, əgər Marneuli kəndlərinin adını dəyişmək istəyən, üstəlik: "N.Nərimanovun heykəli sökülməlidir"- deyən Marneuli keşişinə dəstək verib,fikirlərinə şərik olmusunuzsa,qələt etmisiniz..Belə olan halda Borçalı xalqından bu milli xəyanətə görə üzr istəməlisiniz...




SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 29-05-2020, 21:30