mobil versiya

Türkiyədən Azərbaycana dəstək: "Ermənistan etdiyi işin hesabını ödəyəcək"



Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib.

REPORTYOR.AZ “Report”a istinadla xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.

“Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”, - Hulusi Akar deyib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-07-2020, 19:11