mobil versiya

Dəhşətli hadisənin videosu yayıldı




Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub. Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 25-07-2020, 12:27