mobil versiya

Bakıda əsgərə dəstək aksiyasına iş adamları, polislər, həkimlər, uşaqlar da qoşuldu - FOTOLAR




Bakıda orduya dəstək aksiyası davam edir. Bu gün də yüzə yaxın şəxs cəbhəyə təkər göndərmək üçün başladılan aksiyaya qoşulub.

REPORTYOR.AZ Musavat.com-a istinadən xəbər verir ki, bir qrup şəxsin təşkil etdiyi aksiya çərçivəsində onlarla yük maşınına təkər yığılaraq cəbhənin müxtəlif istiqamətlərinə göndərilib.

Hazırda təkərlərin yığıldığı ərazi adının çəkilməsini istəməyən naxçıvanlı iş adamına məxsusdur. O, ən azı 200 min ədəd təkəri orduya ianə etdiyini deyib.

Onlarla yük maşının ödənişini edənlər arasında həkimlər, ədliyyə işçiləri, polislər və xeyli sayda sıravi insanlar var.



Yük maşınlarının bəzilərinin sahibləri də aksiyaya könüllü qoşularaq ödəniş istəməyiblər.

Son bir neçə gün ərzində yüzlərlə şəxs aksiyaya qoşularaq könüllü şəkildə yük maşınlarının yüklənməsində iştirak ediblər. Onlar arasında idmançılar, yaşlılar və uşaqlar da var. Aksiyaya informasiya dəstəyini "Yeni Müsavat" Media Qrupu həyata keçirdir.
Bundan başqa aksiyaya dəstək məqsədi ilə gələn onlarla şəxs təkər yükləyənlərə yemək, su, əlcək gətiriblər.



Bu gün 14 yük maşını təkər səhər saat 9 radələrindən etibarən yüklənərək cəbhənin müxtəlif istiqamətlərinə göndərilib.

Qeyd etmək lazımdır ki, bu aksiya Tovuz hadisələrindən sonra xalqla ordu arasında daha da möhkəmlənən, güclənən birliyin davamıdır. Bakıda orduya dəstək məqsədi ilə minlərlə insanın iştirakı ilə keçirilən aksiya, Bakı və bütün bölgələrdən cəbhə istiqamətinə axışan insanlar, orduya, Azərbaycan əsgərinə sahib çıxdıqlarını bir daha göstərdilər...










SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 31-07-2020, 22:45