Koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yandı: Səkkiz ölü
Hindistanın Qərbindəki Qucarat əyalətində COVID-19 xəstələrinin müalicə edildiyi xəstəxanada yanğın baş verib.
"Haber Global"ın məlumatına görə, yanğın zamanı səkkiz nəfər həlak olub.
Yanğın səhər saatlarında baş verib. Xəstəxanadakı 45 xəstə digər bir tibb məntəqəsinə köçürülüb.
Yanğına səbəb kimi naqillərdə yaranan qısa qapanma göstərilib.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 7-08-2020, 10:26