“Lotu Quli”nin adamları xüsusi əməliyyatla tutuldu - FOTO
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvləri Ukraynanın Odessa şəhərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Saxlanılan şəxslər sahibkarların oğurlanması, quldurluq və soyğunçuluq maddələri üzrə ittiham olunurlar.
Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilən iki şəxsin kimliyi açıqlanmır.
Buna qədər “Lotu Quli”nin dəstəsinin üzvü olan daha 4 nəfər iyul ayının əvvəlində hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 13-08-2020, 11:52