mobil versiya

"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı - VİDEO




"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

REPORTYOR.AZ "Report"a istinadla xəbər verir ki, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib", - məlumatda bildirilib.



MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 7-07-2020, 17:14