mobil versiya

Müğənni İnstagramda canlı yayım edərkən faciəvi şəkildə öldü - VİDEO - FOTO




29 yaşlı müğənni faciəvi şəkildə ölüb.

Milli.Az The Sun-a istinadla bildirir ki, rumıniyalı pop müğənni Tavy Pustiu sosial şəbəkə hesabında canlı yayım edərkən avtomobil qəzasına düşüb.



Gənc ifaçı xanımı ilə birlikdə avtombillə gedərkən canlı yayım açan zaman məsuliyyətsizliyinin qurbanı olub. Belə ki, avtomobili ilə ətrafa nəzər salmadan dəmir yolu relslərinin üzərindən keçən müğənni qatarın gəldiyini görməyib və qəza nəticəsində ölüb.



Onun xanımı qatarın altında qalan avtomobildən sağ çıxsa da, müğənninin həyatını xilas etmək mümkün olmayıb.



SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 18-08-2020, 15:25