mobil versiya

“Xan” “Lotu Quli”ni otaqda kart oynayanda güllələyib... - YENİ VERSİYA


  

"Xan Əhmədlinski" kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov "Lotu Quli"ni otel nömrəsində kart oynayarkən vurub.

REPORTYOR.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, "Prime Crime" saytı məşhur qanuni oğrunun öldürülməsinin yeni təfərrüatlarını əldə edib. Bildirilir ki, otaqda "Lotu Quli"dən başqa daha iki nəfər, o cümlədən onun cangüdəni olub.

Otağa daxil olan qatilə-Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı. Otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman Qulinin vəkili cavab atəşi açsa da qatil qaça bilib. Daha sonra onu polislər saxlayıb.

URA.ru portalı isə yazır ki, Sverdlovsk vilayətinin kriminal aləmi "Lotu Quli"nin öldürülməsindən sonra müharibəyə hazırlaşır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, Qulinin regionda nüfuzu böyükdür, ona görə də onun ölümündən sonra kriminal aləmdə hakimiyyət bölgüsü uğrunda mübarizə başlayacaq.

Bununla belə mənbə 90-cı illərdə olduğu kimi kriminal müharibənin olacağını gözləmir. Hərçənd "Rövşən Lənkəranski"nin öldürülməsindən sonra onun qruplaşmasının "Lotu Quli"nin tərəfinə keçən nümayəndələri indi yeni "boss"un kim olacağını gözləyir.

Nəşrin məlumatına görə, Qulinin yerinə indi üç "vor zakon" iddia edir: "Ded Xasan"ın qohumu, 47 yaşlı "Giya Sverdlovski" (Georgi Akoyev), "Avto" ləqəbli, 65 yaşlı Avtandil Kobeşavidze və "Əhməd Şalinski" ləqəbli, 39 yaşlı Əhməd Dombayev.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / HADİSƏ
Tarix: 20-08-2020, 21:35