mobil versiya

Ermənilər yenidən Tovuza hücum edə bilər - XƏBƏRDARLIQ



Bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini yenidən pozmağa cəhd edir.

Bəs, düşmən tərəfinin sırf Tovuz istiqamətinə yönəlməsinin səbəbi nədir?

Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bu təxribatların bir müddət davam edəcəyini bildirib:


“Erməni işğalçılarının və onların rəhbərlərinin Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanır.  

Bildiyiniz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşünürlər.  

Ermənistanın əlində Azərbaycana qarşı təxribat törətməkdən başqa təsir və təziq vasitəsi yoxdur. Buna görə düşmən tərəfi tez-tez atəşkəsi pozur, sərhəddə təxribata əl atır. Bəllidir ki, onlar bunu özbaşına etmirlər, burada Rusiyanın da əli var. Həm Rusiya, həm də Ermənistan Türk ordusunun Azərbaycana gəlməsindən olduqca narahatdır və bunu da açıqca nümayiş etdirirlər.

Görünür bu təxribatlar hələ bir müddət davam edəcək. Bu baxımdan Azərbaycan bu təxribatlara qarşı dözümlü olmalı, düşmənə qarşı mübrazisəsində hə zaman göstərdiyi qətiyyəti indi də göstərməlidir”.//redaktor.az



SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 24-08-2020, 14:11